"Fikrimcə, bu hardasa ədalətin pozulması deməkdir"
UEFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina qaydalarda dəyişikliklərin olmasını təklif edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əsasən də futbolçuların zədə aldığı məqamlarda azlıqda qalan komandaların xeyrınə danışıb:
“Futbolçu zədə alanda meydanı tərk edir. Belə olan halda komanda azlıqda oynayır. Onda rəqib say üçtünlüyündən istifadə edib qol da vura bilər. Fikrimcə, bu hardasa ədalətin pozulması deməkdir. Bunun qarşısını vaxtında almasaq gələcəkdə narazılıqlar artacaq. Mənim belə bir təklifim var. Yaxşı olar ki, zədə alanla bərabər ona qarşı kobud oynayan futbolçu da meydanı tərk etsin. Ondan sonra hər iki futbolçu vaxtda meydana qayıtsınlar”.
saytlarin hazirlanmasi