Komanda son məşqinə çıxıb
Premyer Liqanın XXXII turunda səfərdə “İnter” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” aprelin 26-da oyunöncəsi son məşqini keçirib.
Sportal.az xəbər verir ki, komanda “Şəfa” stadionunda deyil, T. Bəhramov adına stadionun süni örtüklü meydançasında saat 16:00-da məşqə çıxıb. Komandanın kapitanı Rahid Əmirquliyev zədələndiyindən hazırlıq prossesini kənardan izləyib. Qeyd edək ki, Rahidin ayaq əzələsində qan sızması baş verdiyindən “İnter”lə matçı da kənardan seyr etməli olacaq.
12cioyuncu.info
saytlarin hazirlanmasi