Argentina millisinin baş məşqçisi Teves DÇ-yə aparmaqda tərədüd edir
2011-ci ildə Alexandro Sabelya Argentina millisinin baş məşqçi postuna keçəndən sonra yığmanın qapıları Karlos Tevesin üzünə bağlanıb.
Sportal.az xəbər verir ki, İtaliya A Seriyasında debüt edən argentinalı ulduz “Yuventus”da 18 top vurub. Odur ki, argentinalı hücumçunun yığmanın heyətində dünya çempionatına gedib-getməyəcəyi indi böyük maraq doğurur. Baş məşqçi Alexandro Sabelya isə Braziliyaya aparacaq heyəti qurmaqda çətinlik çəkdiyini açıqlayıb:
“Bir neçə həftədir dünya çempionatına aparacağım heyət barədə düşünürəm. Aşığı mənim üçün çox çətindir. Teveslə bağlı qərar verməyə tələsmirəm. Onun milliyə qayıtmasına da “yox” demirəm. Milliyə çağıracağım futbolçuların adlarını indi açıqlamaq istəmirəm. Son müddətə qədər onların oyunlarını izləyib ondan sonra qərarımı verəcəyəm”.
Braziliyada keçiriləcək dünya çempionatının final mərhəlisində Argentina yığması qrupda İran, Nigeriya və Bosniya və Hersoqovina milliləri ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi