"“Hər iki komanda qalib gəlməyə çalışırdı. Son iki dövrədə komanda qələbə qazana bilməyib. Yalnız iki səfər oyununda heç-heçə etmişik. Bugünkü oyunda 3 xalı qazanmaq istəyirdik. İlk hissədə futbolçularda həyacan hiss olunurdu. İkinci hissədə isə komanda istədiyimiz kimi oynadı. Hər iki komandanın qol imkanları oldu. Lakin təcrübəsizlikdən, və ya çox istəkli olmaqdan qol vura bilmədik. Qarşıda “Simurq”la oyunumuz var. Zədəli və cəzalı utbolçular qarşıdakı oyuna kimi sıraya dönəcəklər. Laşa Kasradze bir hissəni zədəli şəkildə oynadı. Komanda əlindən gələni etdi. Oyunumuz bizi bir az düşündürür."