Muarem adını "Qarabağ"ın tarixinə yazdırdı

11:27 - 28 Aprel 2014

 "Neftçi"yə vurulan qol 900-cü oldu
 
“Qarabağ” Azərbaycan çempionatları tarixində 900-cü qolunu vurub.
 
Sportal.az xəbər verir ki, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyununda vurub. Bu topun müəllifi komandasına 1 xal qazandıran qolu vuran Murem Muarem olub.

800-cü qolunu ötən mövsümün əvvəlində vuran “Qarabağ”a növbəti yubileyinə çatmaq üçün 20 ay lazım olub. Ağdamlılar çempionatdakı qol sayında yalnız “Neftçi”dən (1135 qol) geri qalır.

Əyalət təmsilçisi 540 qolu evdə, 345-ni səfərdə, 15-ni netral meydanlarda vurub. İndiyədək 621 matç keçirən və bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ” 900-ə nəticəsi rəsmiləşən 600-cü matçında imza atıb. Bununla da komandanın orta məhsuldarlığı 1,50-yə bərabər olub.

Xəbər xətti