"Qarabağ"ın üç futbolçusu Azərbaycanı tərk etdi

00:26 - 12 May 2014

Qurbanov bəzi futbolçulara istirahət verib
 
"Qarabağ"ın üç futbolçusu Azərbaycanı tərk edib.

Sportal.az xəbər verir ki, Riçard Ameyda, Muarem Muarem və Çumbinyo ölkəmizdən gedib.

"Qarabağ" çempionluğu rəsmiləşdirdiyindən Qurban Qurbanov qarşıdakı iki oyunda gənclərə və ehtiyatda qalan futbolçulara şans verəcək. Bu səbəbdən baş məşqçi uzaq yol qət edəcək braziliyalılara erkən istirahət verib.

 Reynaldo Silva Bakıda qalıb. Hazırda 22 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edən "sambaçı" qol sayını artırmaq niyətindədir.
 
Muarem isə Makedoniya millisinə çağrıldığı üçün Qurban Qurbanov ona dincəlmək üçün şans yaradıb.

Xəbər xətti