Oğuz Çətin: "Qələbə hesabını oyunun sonuna qədər qorumağı düşünürdük"

21:40 - 12 May 2014

"Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa vurmağı hədəfləmişik"
 
Premyer Liqanın 35-ci turunda "Xəzər Lənkəran" səfərdə "Simurq"la heç-heçə edib. 2:2
 
Sportal.az xəbər verir "Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin oyun haqqında fikirlərini bölüşüb:
 
"Mövsümün son oyunlarını oynamaq asan deyil. Mövsüm boyu yığılan yorğunluq öz təsirini göstərir. Oyuna çox yaxşı başladıq. Istədyimiz kimi oynadıq, bu zamanda da iki qol vurduq. Qələbə hesabını oyunun sonuna qədər qorumağı düşünürdük. Lakin hesab 2-1 olduqdan sonra rəqib daha da ümidləndi və ikinci hissədə çox hücum etdi, bizim üzərimizdə təzyiqini artırdı. Son dəqiqədə penaltiyə səbəb olmalı deyildik, istənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik. Rəqib ikinci hissədə çox istəkli oynadı, hesabı bərabərləşdirdi. “Simurq” kimi komandaya qarşı mövsümün sonunda oynamaq çətindir. Meydançanın da süni örtüklü olması oyunumuza təsir etdi. İstədiyimiz oyunu göstərə bilmədik. Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa vurmağı hədəfləmişik"

Xəbər xətti