Tərlan Əhmədov: " Bizdə hərdən feyr-play qaydaları işləmir"
Premyer Liqanın 35-ci turunda AZAL "Bakı"ya səfərdə məğlub olub1:0
Sportal.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyətə belə şərh verib:
"Üç məğlubiyyət və dörd heç-heçədən sonra bugünkü oyunda qələbə qazanmaq istəyirdik. Oyunun əvvəlində komandada həyəcan hiss olunurdu, lakin tədricən öz oyunumuzu tutduq. Hücumda istədiyimiz oyunu göstərə bilmədik. Kərim Diniyevin olmaması yarımmüdafiədə bizə müəyyən problemlər yaratdı. Lakin onu əvəz edən Aydın Qasımovun oyunu xoş təəssürat bağışladı. Sevindirici haldır ki, komandamızda bu cür gənc futbolçular yetişir. Komanda sona kimi mübarizə apardı. Heç-heçəni oyuna görə ədalətli nəticə sayıram. Bizdə hərdən feyr-play qaydaları işləmir, bunu normal qarşılayıram. Meydançadakı oyuna müdaxilə etməyə ixtiyarımız yoxdur, meydanda hakim var. Hər halda qol epizodunda əl ilə oyun var idi. Cərimə meydançasında rəqib əl ilə oynayırsa və 6 hakim bunu görmürsə, o qədər hakimin orada olmağının nə mənası var? 4 hakim də bəs edərdi"
saytlarin hazirlanmasi