Qarsiya: "Toparlanıb AZAL-ı məğlub edə bildik"

23:07 - 12 May 2014

"Oyun boyu üstün tərəf idik və yekunda qələbə qazandıq"
 
Premyer Liqanın 35-ci turunda "Bakı" AZAL-ı minimal fərqlə qalib gəlib 1:0
 
Sportal.az xəbər verir ki, "Bakı"nın məşqçisi David Qarsiya qalibiyyətə şərh verib:
 
"Əsas hədəfimiz qələbə qazanmaq idi. Çoxlu qol imkanları yaratdıq. Oyun boyu üstün tərəf idik və yekunda qələbə qazandıq. Gənc futbolçulara özünü göstərmək şansı verdik. Oyunu 5 gənc futbolçu ilə yekunlaşdırdıq. Bir neçə heç-heçədən sonra “Qəbələ” ilə oyunda məğlub olmuşduq. Bu gün isə toparlanıb AZAL-ı məğlub edə bildik. Qarşıda son turun oyunu var, bütün fikrimizi bu oyuna yönəldəcəyik"

Xəbər xətti