Güvənc Kurtar yenə hakimlərdən narazı qaldı

23:12 - 12 May 2014

"11 nəfər tapsaq gələn tur oyuna çıxa bilərik"
 
Premyer Liqann 35-ci turunda "Rəvan" səfərdə "Neftçi"yə 2:1 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar məğlubiyyətə şərh verib:
 
"Son oyunlarda bəxtimiz gətirmir, bu gün də elə oldu. Oyunda Orxan Lalayev zədələndi, bizim üçün çox ciddi itkidir. Zədəli futbolçularımızın sayı çoxdur. Bu oyunda Oke Akpoveta olsa idi daha yaxşı olardı, əsl ona görə oyun idi. İkinci hissənin sonlarına yaxın bir neçə qol imkanı əldə etdik. Sürətli futbolçuya ehtyacımız var idi. Oke olsa idi mütləq qələbə qazana bilərdik. İkinci hissənin ilk 15-20 dəqiqəsində “Neftçi” üstün oynadı, bir neçə qol imkanı əldə etdi. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Ayaz qapıçını keçsə də, boş qapıya qolu vura bilmədi. Künc zərbəsindən sonra qapımızdan qol buraxdıq. “Neftçi”ni təbrik edirəm. Mübarizəmiz son turda da davam edəcək. “Bakı”nı səfərdə məğlub etmişdik. Bu dəfə öz meydanımızda qarşılaşacağıq. Heyətimizdə zədəli futbolçuların olması məni narahat edir. Qapıçımız da bu gün zədələndi. 14-15 futbolçumuz var, 11 nəfər tapsaq gələn tur oyuna çıxa bilərik. Kubok oyunlarına üstünlük vermişdik. Futbolda bir futbolçu çox şeyi dəyişə bilər. Heyətdə itkilərin olması oyunumuza təsir edir. İkinci hissədə oyunu qazana bilərdik. Hakimliyin səviyyəsini bəyənmədim. Bütün mübarizələrdə bizim əleyhimizə qərar verdi, bir neçə epizodda rəqibə sarı vərəqə göstərmədi".

Xəbər xətti