Belə ki, "Rəvan"ın qapıçısı Kamal Bayramov oyunun son dəqiqələrində zədələnib. Tibbi yardım göstəriləndən sonra qısa müddət oyunu davam etdirən qolkiper, sonradan yenə də sıradan çıxıb. Hakim oyunu bitirəndən sonra belə ayağa qalxa bilməyən Kamala qonaqların həkimi yardım edib. Ancaq ayağa qalxmaqda çətinlik çəkən qapıçını meydandan çıxarmaq üçün xərəyə ehtiyac duyulub.
Xərəyi daşıyan uşaqlar çox gənc olduğundan Bayramovu meydandan çıxara bilməyiblər. Bu məqamda "Neftçi" tərəfindən insalıq dərsi nümayiş etdirilib. "Ağ-qaralar"ın qolkiperləri - Saşa Stamenkoviç və Pavel Doroşevs, həmçinin "Neftçi" rəsmisi Güloğlan Cabbarov ora yaxınlaşaraq, "Rəvan"ın futbolçusuna yardım ediblər. Bu üç nəfər və qonaqların həkimi xərəyi birlikdə qaldıraraq Bayramovu paltardəyişmə otağına aparıblar.