"Xəzər Lənkəran"ın baş məşqçisi vəzifəsindən gedir?
Bu gün Türkiyə mətbuatında "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin gedəcəyi barədə xəbər yayılıb.
Sportal.az xəbər verir ki, Mustafa Dənizlinin "Qalatasaray"a gedəcəyi məsələyə artıq nöqtə qoyulub.
Belə ki, "Qalatasaray"ın hazırki baş məşqçisi Roberto Mançini bu gün İtaliya mətbuatına açıqlamasında komandada qalacağını bildirib: "Növbəti mövsümdə"Qalatasaray"da qalacağam"
Dənizli isə Sportal.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, növbəti mövsüm "Xəzər Lənkəran"da qalacağı dəqiqdir.
saytlarin hazirlanmasi