"Qarabağ"ın aparıcı üzvü 90 dəqiqə mübarizə apardı
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli Albaniya millisinin heyətində meydana çıxıb.
Albanların rəqibi Danimarka yığması olub. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar xalları yarı bölüb – 1:1.
Avropa çempionatının seçmə oyunlarının ilk matçında səfərdə Portuqaliya (0:1) ilə qarşılaşmada olduğu kimi Aqolli yenə meydana start heyətdə çıxıb. Baş məşqçisi Canni de Biazi “Qarabağ”ın futbolçusuna sona qədər şans verib.
Albaniya 2 oyundan 4 xal toplayıb və hazırda G qrupuna başçılıq edir. Eyni xala malik olan Danimarka 2-ci sırada qərarlaşır.
saytlarin hazirlanmasi