Baş məşqçinin mətbuat konfransı
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç jurnalistlərin qarşısına çıxıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Azərbaycanla oyun öncəsi bunları söyləyib:
"Azərbaycan yığmasını taktiki cəhətdən incələmişik. Sizin yığmanın son oyunlarına baxmışam. Buna əsasən yığmanız haqqında məlumat toplamışam. Berti Foqtsla Sankt-Peterburqda keçirilən FİFA-nın son konqresində üz-üzə gəlmişik. Onunla yaxşı görüşümüz oldu. Foqtsla söhbət etdik. Onunla Azərbaycan futbolunun indiki durumu haqqında danışdıq.
Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Bizi əks-hücumlarda yaxalamağa çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq. Berti Foqtsun sözlərinə mən də qatılıram. 2 gündən bir oyun keçirmək bizim üçün də ağırdır. Amma buna öyrəşməliyik. Biz bu 2 oyundan 6 xal götürməyi qarşımıza məqsəd kimi qoymuşduq. Azərbaycanla oyun yeni bir matçdır. Bolqarıstanla matçı unudub sabahkı oyuna köklənməliyik"
saytlarin hazirlanmasi