Georgiy Kondratyevin vəziiyyəti pisləşib
AÇ-2016-nın semə qeup mərhələsində Slovakiya (3:1) və Ukrayna (2:0) millisinə məğlubiyyətdən sonra Belarus yığmasının baş məşqçisi Georgiy Kondratyev istefa verdi.
Sportal.az xəbər verir ki, bu gün özünü pis hiss edən belaruslu mütəxəssis şəhər xəstəxanalarından birinə çatdırılıb. Baş məşqçnin köməkçisi işləmiş Andrey Zıqmantoviç Kondratyevin səhhətində problem olduğunu gizlətməyib:
“Georgiy son vaxtlar özünü narahat hiss edirdi. Bu gün eşitdim ki, xəstaxanaya aparılıb. Onun səhhətində problem var idi. Millidə işləyəndə tez-tez əsəbləşirdi. Ola bilsin ki, yenə əsəbləşib və əhvalı pisləşib. Başqa heç nə deyə bilmərəm”.
saytlarin hazirlanmasi