Rumıniya millisinin baş məşqçisi istefaya göndərildi

01:05 - 17 Oktyabr 2014

 Viktor Piçurkeni macarlar yola saldı  

 
 
Rumıniya milli komandasının baş məşqçisi Viktor Piçurke istefaya göndərilib.
 
Sportal.az xəbər verir ki, Rumıniya Futbol Federasiyası 58 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Federasiya yeni baş məşqçinin adını oktyabrın 20-də açıqlayacaq. Piçurkeni kimin əvəzləyəcəyi hələlik məlum deyil.
 
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsində Yunanıstan (1:0) və Finlandiya yığmasını məğlub edən (2:0) rumınlar son görüşdə Macarıstan millisi ilə heç-heçə edib - 1:1. Üç oyundan 7 xal toplayan Rumıniya millisi hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 

Xəbər xətti