"İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik"
	 
	Sportal.az xəbər verir ki, "Lokomotiv" klubunun məşqçisi İlqar Hüseynov Azərbaycan kubokunun 1/16 finalında məğlub olduqları MOİK-lə oyun haqqında bunları deyib:
	
	"İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu". "İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq. Çətinliklər, problemlər var. Bunu aradan qaldırmalıyıq. MOİK-ə isə “Qarabağ”la oyunda uğurlar arzu edirəm”.
 
     .jpg) 
                    