Serbiya - Albaniya matçında texniki məğlubiyyət kimə verildi?

14:10 - 24 Oktyabr 2014

Qalmaqallı oyun barədə qərar açıqlandı

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya - Albaniya matçı ilə bağlı UEFA öz qərarını açıqladı.

 

Sportal.az xəbər verir ki, UEFA hər iki millinin nümayəndələrini dinlədikdən sonra Albaniya millisinə 0:3 hesablı texniki məğlubiyyət və hər iki yığmaya 100 min avro cərimə təyin olunub. 

 

Qeyd edək ki, oktyabrın 14-də keçirilən sözügedən matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya daxil olduğu üçün matçda qalmaqal yaşanıb və oyun yarımçıq dayanmışdı.

Xəbər xətti