Xerardo Martino Argentina millisinə yenilik gətirmək istəyir
Uzun fasilədən sonra “Yuventus”un forvardı Karlos Teves Arhentina milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, yeni baş məşqçi Xerardo Martino futbolçunu yığma komandaya cəlb etməsinə belə şərh verib:
“Milliyə ən yaxşı oyunçuları dəvət etmişəm. Teves hazırda əla formada olsa belə, əsas heyətə düşmək üçün mübarizə aparmalı olacaq. Çünki, millidə ondan başqa daha iki hücumçu var. Teves rəqabətdə İquain və Aqueronu üstələməlidir.Millinin oyun sistemində yenilik etmək istəyirəm. Yəni komandanı irəlidə iki hücumçu ilə yoxlayacağam. Əgər oyunumuz yaxşı alınarsa, belə də davam edəcəyəm". .
saytlarin hazirlanmasi