"Dieqo Kosta kimi hücumçu milliyə lazımıdır"
İspaniya millisinin baş məşqçisi Visente Del Boske Dieqo Kostanı yenidən yığma komandaya çağıracağını bəyan edib.
Sportal.az xəbər verir ki, əslən braziliyalı forvard İspaniya millisinin heyətində Slovakiya və Lüksemburq yığmalarına qarşı oyunayıb. Seçmə mərhələnin son oyununda zədə alaraq meydanı tərk edən Kosta bir müddət çıxış etdiyi “Çelsi” klubuna kömək edə bilmədi.
“Çelsi”nin qol silahı Kostanın sıradan çıxması baş məşqçi Joze Morinyonu hövsələdən çıxardı. Portuqaliyalı mütəxəssis futbolçusunu milliyə buraxmayacağını bəyan etsə də, sonradan İspaniya federasiyası qarşısında şərt qoydu. Belə ki, hücumçu millinin düşərgəsində zədə alacağı halda federasiya “Çelsi” klubuna təzminat ödəməlidir.
Bu məsələ xeyli müzakirə olunsa da, tərəflər arasında ümumi və yekun razılıq əldə olunmayıb. Baş məşqçisi Del Boske isə hücumçunu Belarus və Almaniya yığmalarına qarşı oyunda millinin heyətində görmək istəyir:
“”Bu məsələdə hər iki tərəf razılığa gəlməlidir. Deyə bilmərəm ki, kim düz və kim səhvdir. Ancaq onu bilirəm ki, Dieqo Kosrta kimi hücumçu milliyə lazımdır. Əgər onu yığmaya çağırmasaq, onda hami bizi tənqid edəcək. Yaxşı olar ki, tezliklə bu məsələ həll olunsun” .
saytlarin hazirlanmasi