PSJ-nin hücumçusu 9-cu dəfədir ilin ən yaxşısı olur
Fransa PSJ-sində forma geyinən Zlatan İbrahimoviç İsveçdə ilin ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, isveçli hücumçu ötən mövsümün yekunlarına bütün futbolçuları qabaqlayıb. 33 yaşlı futbolçu artıq 9-cu dəfədir ki, ölkəsində ilin ən yaxşı futboçusu adını qazanır. 2005, 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərin ən yaxşısı seçilən İbrahimoviç bu mükafatı da kolleksiyasına əlavə edib. İsveç yığma komandasında 100 oyun keçirən futbolçu 50 top vurub.
saytlarin hazirlanmasi