Klub prtezidenti bu hərəkətə gorə futbolçunu məhkəməyə verir VİDEO

03:00 - 11 Noyabr 2014

Sandro Vizer rəqibini bilərəkdən xəsarət yetirdi
 
“Sürix” klubunun prezidenti Ançillio Kanela məhkəməyə verəcək,
 
Sportal.az xəbər verir ki, buna səbəb “Arau”nın futbolçusu Sandro Vizeranın “Sürrix”li Jilyu Yapi-Yapo qarşı bilərəkdən kobud oynaması olub. İsveçrə çempionatının ötən turunda “Sürix” – “Arau” matçında Vizer bilərəkdən rəqibin ayağına vuraraq ona ciddi xəsarət yetirib. Yapi-Yapo ciddi zədə alaraq meydanı xərəkdə tərk edibsə, sərt oyna görə Vizer də hakimdən qırmızı vərəqə alıb.
 
Tibbi müyanədən sonra həkimlər futbolçunun diz qapağı və çarpaz bağların sıradan çıxdığını açıqlayıb. Klub prezidenti bu qəddarlığa cavab olaraq məhkəməyə müraciət edərək rəqibə bilərəkdən xəsarət yetirən oyunçunun həm cinayətə cəlb olunmasını həm də futboldan uzaqlaşdırılmasını tələb edib. 
 

 

 

Xəbər xətti