FİFA türkiyəli futbolçuların adlarında səhvə yol verdi

02:00 - 13 Noyabr 2014

Türkiyə millisində Süleyman və Suat yer alıb  
 
AÇ-2016-nın seçmə qrup oyunlarına hazırlıq görən Türkiyə millisi doğma divarlar arxasında Braziliya yığması ilə yoldaşlıq matçı keçirib.
 
Sportal.az xəbər verir ki, Fatih Teriminin başçılıq etdiyi “ay-ulduzlu” komanda döğma publika önündə beşqat dünya çempionuna böyükhesabla (4:0) məğlub olub.
 
FİFA-nın rəsmi internet səhifəsində Braziliya yığmasına qarşı çıxış edən türkiyəli futbolçuların adları səhv yazılıb. Beynəlxalq futbol qurum internet səhifəsi qapıçı Volkan Dəmirəlin adı Türkiyənın sabiq prezidenti Süleyman Dəmirəl olaraq, Semih Kayanı isə sabiq “Qalatasay”lı Suat Kayayla qarışıq salıb.  

Xəbər xətti