Pelenin böyrəyindən daş çıxardılar

00:15 - 14 Noyabr 2014

“Futbol Kralı” əməliyyat olundu

 

“Futbol Kralı” Pele cərrahiyyə əməliyyatı olunub.

 

Sportal.az xəbər verir ki, bir neçə gün öncə “Santos” klubunun muzeyində futbolçunun xatirələriylə bağlı yeni çap olunmuş kitabın təqdimat mərasımi keçirilib.

Həmin yığıncaqda qarnında şiddətli sancılardan sonra özünü pis hiss edən əfsanəvi futbolçu San-Paoladakı xəstəxanalardan birinə aparılıb.

Tibbi müayinə zamanı həkimlər 74 yaşlı veteran futbolçunu narahat edən ağrıları aşkar ediblər. Pelenin səhhətində promlemlər böyrəyində əmələ gələn daşlardan olub. Çərrahiyyə əməliyyatı ounan futbolçunun böyrəyindəki daşları çıxarıb. Hazırda braziliyalı veteran futbolçu özünü yaxşı hiss edir. 

Xəbər xətti