"Blatterin “maskasını” cırmışam, ona görə də məndən intiqam alır"
Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona açıqlamasında FİFA prezidenti Zepp Blatteri ittiham edib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssisin sözlərinə görə Ali qurum rəhbəri onun işləməsinə imkan vermir:
“Dünya çempionatı oyunlarını stadiondan izləyə bilmədim. Blatter stadionlarda girişimə qadağa qoymuşdu. Onun futbolu necə idarə etdiyini yaxşı bilirəm. Blatterin “maskasını” cırmışam, ona görə də məndən intiqam alır. BƏƏ-də klublardan birinin baş məşqçisi ola bilərdim. Klub rəhbəri komandanı mənə həvalə edirdi. Lakin sonra məlum oldu ki, buna imkan vermirlər. Klubun rəhbəri də yuksək təbəqədən ona qarşı təzyiqlərin göstərildiyini bildirdi. BƏƏ-də mənim azarkeşlərim çoxdur onlar da orada işləməyimi istıəyirlər. Blatterin təzyiqlərindən sonra orada da uişim alınmadı. Onun mənə qarşı olan ədalətsiz davranışı hələ də davam edir. FİFA prezidenti qarşımı bu yolla alaraq işləməyimə imkan vermir”.
saytlarin hazirlanmasi