Pollşa ilə oyun gürcüstanlı mütəxəssis üçün son matç olacaq
AÇ-2016-nın seçmə qrup mərhələsində Gürcüstan millisi növbəti oyununu evdə Polşa yığmasına qarşı keçirəcək.
Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfranasında Gürcüstan millisinin baş məşqçisi Temur Ketsbaya polşalılarla matçın nəticəsindən asılı olmayaraq komandadan gedəcəyini açıqlayıb. Gürcü mütəxəssis gedişinin səbəbini millinin seçmə mərhələdə uğursuz çıxışıyla bağlayıb:
“Əgər ortada bir nəticə yoxdursa deməli, getməliyəm. Ümumiyyətlə, hər bir işdə məsuliyyət olmalıdır. İndiki halda bu məsuliyyəti də mən üzərimə götürürəm. Komandanın uğursuz çıxışına mənəm cavabdeh. Əgər qarşıya qoyulan məqsədə çata bilmirsə, onda yerimi başqa birisinə verməliyəm.
Bəlkə də məndən sonra milliyə başçılıq edəcək məşqçi daha yaxşısını edəcək. Bu postu tutmaqla niyə milli komandaya zərbə vurmalıyam? Ona görə də qərara gəlmişəm ki, baş məşqçi postunu tərk edim. Məndən sonra gələcək baş məşqçiyə də əlimdən gələn koməkliyi etməyə hazıram”.
saytlarin hazirlanmasi