Ardıcıl məğlubiyyətlər məşqçinin taleyini həll etdi
AVRO-2016-ın F qrupunda mübarizə aparan Yunanıstan millisi 4 matçdan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, ardıcıl məğlubiyyətlər millinin baş məşqçisi Klaudio Ranyerinin istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, DÇ-2014-dən sonra "Monako"dan Yunanıstanın baş məşqçilik postuna gətirilən təcrübəli mütəxəssis arzu olunan nəticəni verməyib.
saytlarin hazirlanmasi