"Əgər komanda nəticə göstərməyibsə onlardan təzminat istəməyim haqsızlıq olar”
AÇ-2016-nın seçmə mərhələsində Danimarka yığmasına 3:1 hesablı məğlubiyyətdən sonra Serbiya millisinin baş məşqçisi Dik Advokat istefa verib.
Sportal.az xəbər verir ki, baş məşqçi postunu tərk edən 67 yaşlı hollandiyalının serblərlə müqaviləsı gələn ilin sonunda başa çatır. Bütün bunlara baxmayaraq, təcrübəli mütəxəssis Serbiya federasiyadan təzminat istəməyib:
“Başa düşürəm ki, federasiya mənə təzminat ödəməklə xeyli ziyana düşəcək. Bu məsələni federasiya rəhbərliyi ilə qarşılıqlı şəkildə həll etmişik. Əgər komanda nəticə göstərməyibsə onlardan təzminat istəməyim haqsızlıq olar”.
saytlarin hazirlanmasi