"Neymar mənim kiçik qardaşımdır"

01:45 - 18 Noyabr 2014

Tiaqu Silva kapitanlıq məsləsinə aydınlıq gətirdi
 
Braziliya milli komandasının müdafiəçisi Tiaqu Silva hücumçu Neymarla aralarında heç bir problemin olmadığnı dilə gətirib.
 
Sportal.az xəbər verir ki, PSJ klubunun aparıcı üzvünün sözlərinə görə baş məşqçi Dunqa onun olmadığı müddətdə komandada kapitanlıq sarğısını Neymar daşıyacaq: 
 
“Dunqa və Neymarla münasibətim yaxşıdır. Mən bəzi məqamlara  aydınlıq gətirmək istəyirdim. Yəqin ki, Neymar məni başa düşər. Ola bilsin ki, mən yanlış anlamışam. Neymar mənim kiçik qardaşımdır və ona qarşı münasibətim heç vaxt dəyişməyəcək”.

Xəbər xətti