Millimizə namizəd olan baş məşqçilər Bosniya yığmasını çalışdıra bilər

02:30 - 18 Noyabr 2014

Xəlilhodziç yoxsa Prosneçki? 
 
AÇ-2016-nın seçmə mərhələsində səfərdə İsrail millisinə 3:0 hesablı məğlubiyyət Bosniya və Hersoqovina yığmasının baş məşqçisi Safet Suşiçin istefasıyla nəticələnib.
 
Sportal.az xəbər verir ki, boş qalmış baş məşqçi postuna “Trabzospor”la yollarını ayıran Vahid Xəlilhodziç namizəd sayılır. DÇ-2014-də Əlcəzair millisinə başçılıq etmiş etmiş bosniyalı mütəxəssis ölkəsinin bir nömrəli komandasını çalışdırmağa yaxındır.
 
Bosniya Futbol Federasiya rəhbərliyinin təcrübəli mütəxəssislə yaxın günlərdə bir araya gələcəyi haqda məlumatlar yayılıb. Bosniya və Hersoqovina millisinin baş məşqçisi olmağa namizədlər arasında Robert Prosneçki, Sergey Barbarez və Duşan Vayeviçin adları hallanır.
 
Qeyd edək ki, Robert Prosneçki Azərbaycan millisinə baş məşqçi postuna namizədlər arasında yer alır.    

Xəbər xətti