Təcrübəli qapıçıdan açıqlama
Bu gün yoldaşlıq görüşü çərçivəsində Almaniya ilə qarşılaşacaq İspaniya yığmasının qapışısı İker Kasilyas rəqib komandanın heyətində Tomas Müllerin oyununu çox bəyəndiyini bildirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, təcrübəli qapıçı öz açıqlamasında bunları qeyd edib:
"Mülleri bir oyunçu kimi çox bəyənirəm. O, mənə Raulu xatırladır. İnanıram ki, bu gün baş tutacaq qarşılaşmamız çox maraqlı alınacaq."
Qeyd edək ki, İspaniya - Almaniya matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.
saytlarin hazirlanmasi