Azərbaycanda daha bir klub dağılır: "Oynamayın, pul yoxdu"

14:00 - 18 Noyabr 2014

Vilyam Hacıyev futbola baxmaq istəmir

 

Azərbaycanda daha bir klub dağılmaq ərəfəsindədi. Ötən yay İmişlini I Diviziona qaytaran «Mil-Muğan» yerli İcra Hakimiyyətindən qara xəbər alıb. 

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, komandaya bildirilib ki, Vilyam Hacıyev futbola baxmaq istəmir. İcra başqçısının rayonun maddi imkanlarının klub saxlamağa artıq gücünün çatmadığını söylədiyi bildirilir. Futbolçulara deyilib ki, istəyirsiz oynayın, istəmirsiz oynamayın, pul olmaycaq.

 

«Mil-Muğan» əsasən İcra Hakimiyyətindən maliyyələşib. SOCAR və AFFA, sadəcə,bəzi təşkilati məsələlrdə köməklik göstərib. İmişlilər yardım üçün hər iki qurma müraciət etsə də, hələlik nəticəsi yoxdu. Bu minvalla, aranlılar «Araz Naxçıvan»ın ardından fəaliyyətini dayandıracaq.

 

Xəbər xətti