Talismana azarkeşlər ad verəcək
2016-cı ildə futbol üzrə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinin talismanı müəyyənləşib.
Sportal.az xəbər verir ki, 16 nömrəli futbolkada top qovan oğlan "Avro-2016"nın rəsmi talismanı seçilib.
Bu gecə baş tutacaq Fransa - İsveç yoldaşlıq görüşündən öncə həmin talismanın təqdimat mərasimi keçiriləcək.
Bundan sonra ona ad verilməsi üçün UEFA-nın rəsmi saytı vasitəsilə səsvermə başlanacaq. Səsvermə noyabrın 26-dək davam edəcək.