Firmino beşqat dünya çempionuna qələbə qazandırdı
Bu gün milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Avstriya millisi dogma meydanda Braziliya yığma komandasını qəbul edib. İlk hissədə qapılara qol vurulmasa da, 64-cü dəqiqədə beşqat dünya çempionu Luisin sayəsində hesabda önə keçib. Lakin braziliyalıların qol sevinci cəmi 10 dəqiqə çəkib. Draqoviç bərabərlik qolundan sonra yenidən təşəbbüsü ələ alan qonaqlar Fiminonun sayəsində qələbə topunu vurublar.
Avstriya – Braziliya 1:2
Qollar: Draqoviç, 75-pen - Luis, 64, Firmino, 83
saytlarin hazirlanmasi