Xəlilhodziç Bosniya millisini çalışdırmaqdan imtina etdi

00:30 - 20 Noyabr 2014

"Artıq yığmada deyil, klublardan birində işləmək istəyirəm” 
 
 
“Trabzonspor” klubunun baş məşqçisi Vahid Xəlilhodziç Bosniya və Hersoqovina millisinə başçılıq etməkdən imtina edib.
 
Sportal.az xəbər verir ki, Safet Suşiçin istefasından sonra təcrübəli mütəxəssis boş qalmış baş məşqçi postuna əsas namizəd hesab olunurdu. 62 yaşlı bosniyalı çalışdırıcı ölkəsinin millisində işləmək istməməsinə belə izah verib:
 
“Bosniya yımasına başçılıq etmək istmirəm. Əgər belə bir təklif olsa belə müzakirə etməyi düşünmürəm. Bundan əvvəl Əlcazair millisinə rəhbərlik etdim. Dünya çempionatında həmin yığmayla 1/8 finala qədər irəlilədik. Artıq yığmada deyil, klublardan birində işləmək istəyirəm”. 

Xəbər xətti