Həmyerlimiz oyunun 89-cu dəqiqəsində meydana daxil olub
Almaniyanın Cənub Regional Liqasında 18-ci turun oyunları keçirilib.
	Sportal.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Saarbryuken" də növbəti matçına çıxıb.
	
	Komanda doğma meydanda "Homburq"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
	
	Qeyd edək ki, "Saarbryuken" turnir cədvəlində 38 xalla 2-ci pillədə qərarlaşıb.
     
                    