Komanda böyük hesabla məğlub oldu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.
	Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
	
	Komanda səfərdə "Osmanlıspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç 90 dəqiqə meydanda olub.
	
	Qeyd edək ki, "Manisaspor" turnir cədvəlində 10 xalla 15-ci pillədədir.
     
                    