"Fortuna"nı çempionatın autsayderi məyus etdi
Almaniyanın ikinci bundesliqasında 15-ci turun oyunları keçirilir.
	Sportal.az xəbər verir ki, həmyerlimiz Toğrul Eratın çıxış etdiyi "Fortuna" da növbəti matçına çıxıb.
	
	Komanda səfərdə autsayder "Aalen"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Futbolçumuz bu qarşılaşmada iştirak etməyib.
	 
	Qeyd edək ki,  "Fortuna" turnir cədvəlində 25 xalla 3-cü pillədədir.
     
                    