Antonio Konte İtaliya yığmasından gedir

00:15 - 10 Dekabr 2014

İtaliyalı mütəxəssis federasiya rəhbərliyi ilə yola getmir
 
AÇ-2016-nın seçmə mərhələsində milli komandamızla eyni qrupda mübarizə aparan İtaliya yığmasının çalışdırıcısı Antonio Konte baş məşqçi postunu tərk edə bilər.
 
Sportal.az xəbər verir ki, təcrübəli məşqçi İtaliya Futbol Federasiyasının komandaya göstərdiyi münasibətdən narazıdır. Antonio Konte federasiya rəhbərliyini klubların milli komanda ətrafında birləşdirməməkdə və verilən vədləri yerinə yetirməməkdə ittiham edib. Yaxın günlərdə Konte federasiya rəhbərliyi ilə görüşüb bütün məslələrə aydınlıq gətirəcək. Əgər verilən vədlərə əməl olunmasa, italiyalı mütəxəssis baş məşqçi postundan gedəcəyini bəyan edib.          

Xəbər xətti