Modriç Xorvatiyada ilin ən yaxşı futbolçusu seçildi

01:15 - 28 Dekabr 2014

"Real"ın yaraımmüdafiəçisi sorğuda Mandzukiçlə Rakitiçi qabaqladı
 
AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Xorvatiya millisinin aparıcı üzvü Luka Modriç ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.
 
Sportal.az xəbər verir ki, Madrid “Real”ında forma geeyinən xorvatiyalı yarımmüdafiəçi səsvermədə 109 xal toplayaraq birinci olub. 29 yaşlı futbolçu sorğuda Madrid “Atletiko”sunun hücumçusu Mario Mandzukiçi (96 xal)və “Barselona”da çıxış edən İvan Rakitiçi (82) qabaqlayıb. Modriç 4-cü dəfədir ki, Xoravatiyada ilin oyunçusu seçilir. O, karyerası ərzində müxtəlif illərdə (2007, 2008, 2011, 2014) ölkəsinin ən yaxşı futbolçusu mükafatını qazanıb.         

Xəbər xətti