Mahir Şükürovlu "Karşıyaka" yeni baş məşçisi ilə ilk məşqinə çıxdı

21:43 - 25 Fevral 2015

Ayhan Akman rəsmən işinə başladı
 
Milli komandamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka”nın yeni baş məşqçisi Ayhan Akman komandasını ilk məşqə çıxarıb.
 
Sportal.az xəbər verir kı, təmsilçimiz “Qalatasaray”ın sabiq futbolçusunun rəhbərliyi altında hazırlıqlara start verib. “Karşıyaka” növbəti turda “Orduspor”la qarşılaşacaq. Akman öncə pley-offa vəsiqə qazanmaq, daha sonra Superliqaya çıxmaq istədiklərini bildirib.

Qeyd edək ki, Yusuf Şimşəkin gedişindən sonra boş qalmış postu ötən gün Ayhan Akman gətirilib. “Karşıyaka” onunla 1.5 illik müqavilə imzalayıb. Ayhanın köməkçiləri Ərcan Kılıç, Rəcəp Asıl, Nezihi Baloğlu ve Tolqa Sayındı.

Xəbər xətti