İmamverdiyev 90 dəqiqə meydanda oldu
Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir. Cavid İmamverdiyevin çıхış etdiyi "Elazığspor" Ufuk Budakın forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.
Sportal.az xəbər verir ki, oyun Qaziantep təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavidlə Ufuk start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Elazığspor" 23 turdan sonra 27 хalla 11-ci, "Qaziantep BB" isə 26 хalla 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi