1/4 final mərhələsi
Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb.
Sportal.az PFL-in saytına istinadən üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir:
	1/4 final mərhələsi
	İlk oyunlar
4 mart
	
	 
11. "Neftçi" – AZAL – indiyədək görüşməyiblər
	
	 
12. "İnter" - "Xəzər Lənkəran" – 8 oyun, +2=3-3, top fərqi 8:10
6-cı dəfə kubokda yolları kəsişən komandalar 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb.
| 2004/05 | 1/2 final | İnter (Bakı) - Xəzər-Lənkəran | 2:1, 1:1 | 
| 2006/07 | 1/2 final | İnter (Bakı) - Xəzər-Lənkəran | 0:1, 0:1 | 
| 2007/08 | final | Xəzər-Lənkəran - İnter (Bakı) | 2:0 | 
| 2010/11 | final | Xəzər Lənkəran - İnter (Bakı) | 1:1, pen. 4:2 | 
| 2011/12 | 1/4 final | İnter (Bakı) - Xəzər Lənkəran | 3:2, 1:1 | 
	
	13. "Qarabağ" - "Bakı" – 8 oyun, +5=2-1, top fərqi 10:5
	Əvvəlki 4 dueldən yalnız birində mərhələ adlayan “Bakı” cəmi 1 matçda qələbə qazanıb. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb.
| 1997/98 | 1/4 final | Dinamo (Bakı) - Qarabağ (Ağdam) | 0:0, 0:2 | 
| 2005/06 | 1/4 final | Qarabağ (Ağdam) - Bakı | 3:2, 0:0 | 
| 2008/09 | 1/2 final | Bakı - Qarabağ (Ağdam) | 1:2, 1:2 | 
| 2011/12 | 1/2 final | Bakı - Qarabağ (Ağdam) | 0:1, 1:0, p.5:4 | 
14. "Qəbələ" - "Simurq" – 2 oyun, +1=0-1, top fərqi 2:2
Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb.
| 2007/08 | 1/8 final | Qəbələ - Simurq (Zaqatala) | 1:0, 1:2 | 
 
      
                    