"Erkən qol vuranda rahat qələbə qazanacağımızı güman edirdik"

00:20 - 30 Mart 2015

İtaliya yığmasının yeni tapıntısı şansları dəyərləndirdi  
 
AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan İtaliya və Bolqarıstan yığmaları üz-üzə gəlib.
 
Sportal.az xəbər verir ki, italyanlar evdə hesabda geri düşməsinə baxmayaraq, son anda məğlubiyyətdən yaxa qurtara biliblər. İtaliya millisinin bərabərlik qioluna debüt oyununda hücumçu Eder imza atıb. Apennin təmsilçisinin yeni üzvü Bolqarıstan millisylə oyundan danışıb və  komandasının final mərhələsinə çıxmaq şansını dəyərləndirib:
 
“Bolqarıstan millisinə qarşı oynamaq çətin idi. Rəqib yaxşı müdafiə olunmaqla yanaşı hücuma da sürətlə çıxmağı bacarırdı. Erkən qol vuranda rahat qələbə qazancağımızı güman edirdik. Lakin rəqib iki dəfə fərlənərək hesabda önə keçdi. Ondan sonra bizim işimiz daha da çətin oldu. Qapanan komandaya qarşı oynamaq və qol vurmaq asan deyildi. Ancaq biz bunu bacardıq. Sevinirəm ki, debüt oyunumda bərabərlik qolunu vurub komandaya vacib xal qazandırdım. Bizim hədəfimiz final mərhələsinə birbaşa vəsiqə qazanmaqdır. Bunun üçün də əla şansımız var. Sadəcə qarşıdakı oyunlarda xal itirməmək qrup birincisi olmağımıza kifayət edəcək”. 

Xəbər xətti