"Hamı yaxşı bilir ki, Beyl nəyə qadirdir"

01:20 - 30 Mart 2015

Uels millisinin aparıcı üzvü qalmaqldan uzaq qaçır
 
“Real” klubunun uesli üzvü Qaret Beyl mətbuatda adının qalmaqalda hallanmasına önəm vermir. 
 
Sportal.az xəbər verir ki, Uels millisinin aparıcı oyunçusu qalmaqldan uzaq qaçdığını əsasən diqqətini oyuna yönəltdiyini deyib:
 
“Adının qalmaqalda hallanmasını xoşlamıram. Bəlkə çoxları ümid edir ki, onlara cavab vermək istəyirəm. Xeyr, belə fikirləşməkdə yanılırlar. Hamı yaxşı bilir ki, Qaret Beyl nəyə qadirdir. Əlbəttə, futbolçunun oyununda eniş də var yüksəliş də. İndi elə formadayam ki, oyunumla belə onlara cavab verməyə hazıram. Millidə oynamaq mənim üçün şərəfdir. İndi qarşıya qoyulan məqsəd yığma komandanı final mərhələsinə daşımaqdır. Hazırda qrupda liderik və birinci yeri tutmaq üçün əla şansımız var”.           

Xəbər xətti