Sxadadzenin siftəsini almanlar korladı
AÇ-2016-nın seçmə mərhələsində Gürcüstan millisi doğma divarlar arxasında son dünya çempionu Almaniya yığmasını qəbul edib.
Sportal.az xəbər verir ki, ölkəmizdə “İnter”i çalışdıran Kaxabar Sxadadzenin başçılığı altında gürcülər seçmə mərhələdə ilk rəsmi oyunlarına çıxıblar. Lakin qonşu ölkənin komandası Bundestimin hücumları qarşısında davam gətir bilməyib. Almaniya yığması oyunun taleyini elə ilk 45 dəqiqədə həll edib. Roys və Müllerin qolları qonaqlara 2:0 hesablı qələbə qazandırıb.
Gürcüstan – Almaniya 0:2
Qollar: Roys, 39, Müller, 44
saytlarin hazirlanmasi