Koentrau komandasına 3 xal qazandırdı
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, İ qrupunun maraqlı oyunlarından biri Lissabonda Portuqaliya və Serbiya yığmaları arasında baş tutub. 10-cu dəqiqədə meydan sahiblərindən Rikardu Karvalyu hesabı açıb. Fasiləyə üstün yollanan portuqaliyalılar üçün ikinci hissə elə də yaxşı başlamayıb. 61-ci dəqiqədə Nemanya Matiç hesaba tarazlıq gətirib. Lakin qonaqların qol sevinci cəmi 2 dəqiqə çəkib. Fabiu Koentrau yenidən prineylilər hesabda önə keçirib. Qalan vaxt ərzində üstünlüyü əldən verməyən Portuqaliya yığması sonda 2:1 hesablı qələbəni bayram edib.
Portuqaliya – Serbiya 2:1
Qollar: Karvalyu, 10, Koentrau, 63 – Matiç, 61
saytlarin hazirlanmasi