Antonio Konte Balotelli məsələsinə aydınlıq gətirdi
İngiltərə millisi ilə yoldaşlıq oyunundan sonra İtaliya yığmasının baş məşqçisi Antonio Konte maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis millinin qapıları hər bir futbolçunun üzünə açıq olduğunu deyib. Konte “Liverpul”da forma geyinən Mario Balotellinin yığmaya çağrılıb-çağrılmayacağına belə şərh verib:
“Milli komandanın qapıları hər bir futbolçunun üzünə açıqdır. Əgər söhbət Balotellidən gedirsə, hücumçu klubunda mütəmadi oynayarsa, onda yığmaya çağrılacaq. Əfsuslar olsun ki, futbolçu hələ də “Liverpul”da özünü doğrulda bilmir. Belə olan halda onu milliyə dəvət etməyim düzgün deyil”.
saytlarin hazirlanmasi