UEFA xorvatları həm cəzalandırdı, həm də cərimələdi
AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqibləri olan Xorvatiya və İtaliya yığmaları qrup birincisi olmaq uğrunda mübarizə aparırı.
Sportal.az xəbər verir ki, iyunun 12-də bu komandalar arasında Zaqrebdə baş tutacaq qarşılaşmada qurup lideri müəyyən oluna bilər.
Seçmə mərhələnin ötən turunda Norveç yığması ilə ev oyununda xorvatiyalı fanatlarının özlərini yaxşı aparmaması ölkənin yığmasına baha başa gəlib.
UEFA-nın intizam komitəsinin qərarına əsasən İtaliya yığması ilə qarşılaşmanı Xorvatiya millisi azarkeşsiz keçirəcək. Boş tribunalar qarşısında oyanamaq azmış kimi Avropa futbol qurumu stadionda özünü apara bilməyən azarkeşlərə görə federasiyanı 50 min avro cərimələyib.
saytlarin hazirlanmasi