"Qarabağ"ın siftəsi
Gələn həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, mübarizəni davam etdirəcək 4 komanda 2 cütdə münasibətlərini aydınlaşdıracaq. Bu cütlərdən biri indiyədək kubokda üz-üzə gəlməyibsə, digərinin yolları 7-ci dəfə kəsişib. Peşəkar Futbol Liqasının rəsmi internet saytı isə üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.
	1/2 final mərhələsi
	 
İlk oyunlar
13 aprel (bazar ertəsi)
19. “Neftçi” – “İnter” – 12 oyun, +2=6-4, top fərqi 8-11
İndiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri 12 matçda üz-üzə gəlib. Hər komanda 3 dəfə mərhələ adlasa da, “İnter” daha çox qələbə qazanıb. Lakin “Neftçi” son 2 dueldəki 4 matçda uduzmadan mərhələ keçib.
| 2001/02 | 1/2 final | Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı) | 2:0, 1:2 | 
| 2004/05 | 1/4 final | Neftçi (Bakı) - İnter (Bakı) | 0:0, 0:0, pen. 3:4 | 
| 2007/08 | 1/2 final | Neftçi (Bakı) - İnter (Bakı) | 2:2, 0:1 | 
| 2009/10 | 1/4 final | Neftçi (Bakı) - İnter (Bakı) | 0:3, 1:2 | 
| 2011/12 | 1/2 final | İnter (Bakı) - Neftçi (Bakı) | 0:0, 0:1 | 
| 2013/14 | 1/4 final | İnter (Bakı) - Neftçi (Bakı) | 1:1, 0:0 | 
20. “Qarabağ” – “Simurq” – indiyədək görüşməyiblər
saytlarin hazirlanmasi 
      
                    